...

Azərbaycan vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak əldə edib

İqtisadiyyat Materials 17 Dekabr 2019 20:24 (UTC +04:00)
2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1045 daşınmaz əmlak əldə edib
Azərbaycan vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak əldə edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 1045 daşınmaz əmlak əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 obyekt daha azdır.

Trend bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanına istinadən məlumat verir.

Statistikaya əsasən, Azərbaycan vətəndaşları noyabr ayında Türkiyədə 91 daşınmaz əmlak əldə edib.

Noyabr ayında Türkiyədə 138 372 daşınmaz əmlak satılıb ki, bu da 2018-ci ilin noyabrı ilə müqayisədə 54,4 faiz çoxdur.

Hesabat ayında Türkiyədə əcnəbi vətəndaşlara 3 988 daşınmaz əmlak satılıb. Bu göstərici 2018-ci ilin noyabrı ilə müqayisədə 14,6 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti