...

İran elektriklə işləyən motosikletlər istehsal edəcək

İqtisadiyyat Materials 21 Yanvar 2020 20:26 (UTC +04:00)
Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.
İran elektriklə işləyən motosikletlər istehsal edəcək

Bakı. Elnur Bağışov - Trend:

Martın sonuna kimi İranda elektrik motosikletlərlə bağlı layihə icra olunacaq.

Trend-in məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdəkanian Həmədanda jurnalistlərə açıqlamasında deyib.

R.Ərdəkanianın sözlərinə görə, bu layihə ətraf mühitin çirklənməsini azaldacaq.

O, əlavə edib ki, istehsalçı şirkətlərlə əməkdaşlıq üzrə layihə hazırlanıb və Energetika Nazirliyi bu cür motosikletlərə elektrikin verilməsi üçün stansiyalar yaradacaq.

Qeyd edək ki, İranda təxminən 12 milyon ədəd motosiklet var. Onun 2 milyona yaxını Tehrandadır. İran hökuməti Tehranda hava çirkliliyinin azaldılması ilə əlaqədar bir sıra layihələri nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti