...

Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı təlimlərdə 39 921 nəfər iştirak edib

İqtisadiyyat Materials 31 Yanvar 2020 12:32 (UTC +04:00)
Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət üzrə aparılıb
Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı təlimlərdə 39 921 nəfər iştirak edib

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilimiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən son 6 ayda keçirilən təlimlərdə 39 921 nəfər iştirak edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, avqust ayından start götürülən təlimlərin 2697-si 2019-cu ildə, 91-i isə cari ildə keçirilib. Müvafiq olaraq ötən il keçirilən təlimlərə 38 709 nəfər, bu ilin yanvarında isə 1212 nəfər cəlb edilib.

Nazirlik tərəfindən keçirilən təlimlərə 29 781 fermer ilə yanaşı, 8480 icra və bələdiyyə nümayəndəsi, Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki digər qurumların 907 əməkdaşı, 589 baytarlıq və 164 süni mayalanma mütəxəssisi də cəlb edilib.

Yeni subsidiya mexanizminin tətbiqi ilə bağlı keçirilən təlimlər əsasən 3 istiqamət üzrə aparılıb:

1. “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi – 22296 iştirakçıya 1493 təlim;

2. “Əkin subsidiyası” və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat – 16425 iştirakçıya 1199 təlim;

3. “Heyvan subsidiyası” – 1200 iştirakçıya 96 təlim.

Heyvan subsidiyası ilə bağlı keçirilən təlimlər davam etdirilir, yaxın vaxtlarda “Arı subsidiyası”, “Barama subsidiyası”, “Məhsul subsidiyası” və “Toxum-ting subsidiyası” ilə bağlı təlimlərə başlanılacaq. Hazırda bununla bağlı hazırlıq işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti