...

Azərbaycanda yeni tingçilik təsərrüfatı yaradılacaq

İqtisadiyyat Materials 4 Fevral 2020 17:00 (UTC +04:00)
Abşeron yarımadasında yeni tingçilik təsərrüfatı yaradılacaq.
Azərbaycanda yeni tingçilik təsərrüfatı yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron yarımadasında yeni tingçilik təsərrüfatı yaradılacaq.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, bu il BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) maliyyə dəstəyi hesabına Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müasir standartlara cavab verən böyük tingçilik təsərrüfatı yaradılacaq. Həmin təsərrüfatda 1,2 milyon ədədə yaxın yerli iqlim şəraitinə uyğun yüksək keyfiyyətli, standart tinglər yetişdiriləcək.

Bu il Abşeron yarımadasının yaşıllaşdırılmasına xüsusi diqqət yetiriləcəyini nəzərə çatdıran F.Əliyev bildirib ki, yaşıllaşdırma zamanı həmin tinglərdən istifadə olunacaq.

Nazir müavini tingçilik təsərrüfatının yaradılmasının Abşeron yarımadasının, eləcə də digər ərazilərin yaşıllaşdırılmasında əhəmiyyətli rol oynayacağına əmin olduğunu da söyləyib:

“Artıq tingçilik təsərrüfatının yaradılması istiqamətində işlərə başlanılıb. Payız mövsümündə onun istifadəyə verilməsi nəzərdə tutulur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti