...

Azərbaycan Türkiyədən hazır geyim idxalını artırıb

İqtisadiyyat Materials 20 Aprel 2020 07:57 (UTC +04:00)
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,06 faiz artaraq 10,26 milyon dollar təşkil edib
Azərbaycan Türkiyədən hazır geyim idxalını artırıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,06 faiz artaraq 10,26 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41,07 faiz azalıb və 2,24 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,1 faiz azalaraq 4,226 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 9,9 faizini təşkil edib.

Son 12 ay ərzində (mart 2019 - mart 2020) Türkiyə 17,412 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti