...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 29 Aprel 2020 13:05 (UTC +04:00)
"Brent Dated" etalon növlü neftin qiyməti 14,68 dollar/barel olub
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 28-də 17,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 15,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 16,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,58 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 14,68 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti