...

Elman Rüstəmov: Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq

İqtisadiyyat Materials 1 May 2020 12:52 (UTC +04:00)
Elman Rüstəmov: Bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq

Bakı. Trend:

“Amrah Bank” ASC-də çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, “Amrah Bank”da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib.

E.Rüstəmov, həmçinin bildirib ki, bağlanan banklardakı əmanətlərin qaytarılmasına bu ayın sonundan başlanılacaq:

“Qanunvericilikdə bu müddət 3 ay nəzərdə tutulsa da, mayın sonundan "Amrah Bank" və "Atabank"da qalan əmanətlərin qaytarılmasına başlanılacaq".

Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin edilib, aprel 28-də isə bankın lisenziyası ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti