...

Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 May 2020 11:34 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

2020-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

BP-dən Trend-ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.

Rüb ərzində terminal təqribən 66 milyon barel neft və kondensat, o cümlədən 58 milyon barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 800 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti