Bakı. Ceyhun Ələkbərov - Trend:
Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının fəaliyyətini müvəqqəti dayandırılır.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 14 və 15 iyun tarixlərində (bazar günü və bazar ertəsi) hərəkətdə olmayacaq.
Cari cədvəl üzrə hərəkət 16 iyun tarixindən etibarən bərpa olunacaq.