...

Azərbaycanda bu günədək 1 milyon tondan çox taxıl yığılıb

İqtisadiyyat Materials 19 İyun 2020 12:33 (UTC +04:00)
Azərbaycanda bu günədək 1 milyon tondan çox taxıl yığılıb

Bakı. Trend:

Azərbaycanda taxıl biçini davam edir. İyunun 19-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 33,5 faizində biçin başa çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, biçilmiş 338188 hektar sahədən 1053514 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.

Artıq ölkə üzrə 369303,7 hektar arpa sahəsinin 256695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.

Operativ məlumata görə, bu gün biçin prosesində 1644 kombayn iştirak edir. Bunlardan 581-i "Aqrolizinq"in biçin gedən rayonlarda aqriservislərin balansında olan kombaynlarıdır. "Aqrolizinq" tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib. Biçin davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti