...

Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

İqtisadiyyat Materials 30 İyun 2020 10:44 (UTC +04:00)
Vergiyə toplanan hər 4 manatdan 3-ü özəl sektordan yığılır - Nazir

Bakı. Samir Əli - Trend:

Vergiyə yığılan hər 4 manatdan 3-ü özəl sektordan yığılır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib: "İndiyə qədər tərəfimizdən idarə edilən bir sıra biznes layihələri var. Pandemiya təsiri altında olan bir sıra sahələr müəyyən edilib. Həmin sahələrə pandemiyadan az zərər çəkməsi üçün maliyyə dəstəyi verilib.

Pandemiya dövründə 130 min sahibkara maliyyə dəstəyi göstərilib. İşçi heyəti ilə birlikdə 310 mindən çox şəxsə maliyyə yardımı verilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti