...

Daşınmaz əmlak müqavilələri üzrə büdcəyə 16 milyon manatadək vergi köçürülüb

İqtisadiyyat Materials 29 İyul 2020 20:45 (UTC +04:00)
Daşınmaz əmlak müqavilələri üzrə büdcəyə 16 milyon manatadək vergi köçürülüb

Bakı. Trend:

Notariat hərəkətlərindən büdcəyə 16 milyon manatadək vergi köçürülüb.
Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb.

Trend-in məlumatına görə, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti