...

Fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə diqqət edilməlidir (FOTO)

İqtisadiyyat Materials 18 Avqust 2020 18:03 (UTC +04:00)
Fəaliyyətə başlayan ictimai iaşə müəssisələrində təmizlik və dezinfeksiya işlərinin dövriliyinə diqqət edilməlidir (FOTO)

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisələrdə bir sıra zəruri qaydalara əməl edilməlidir.

Müvafiq qanunvericiliyə əsasən açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır. Qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Koronavirus (COVID-19) pandemiyası dövründə açıq havada fəaliyyət göstərən ictimai iaşə müəssisələrində virusa yoluxma hallarının və ya infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə təmizlik və dezinfeksiya işlərinin dövriliyinə, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydalarına riayət edilməlidir. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatından sonra isə bütün sahələrdə həyata keçirilməlidir.

İctimai iaşə müəssisəsinin ərazisi, qida qəbulu yerləri, anbarlar qapı və qapı tutacaqları, pəncərə və pəncərə altlıqları, döşəmə və divar səthləri, sanitar qovşaqlar, tullantıların yığıldığı sahələr və tullantı qabları, həmçinin masa və stulların səthi, mətbəxin ərazisi və avadanlıqlar mütləq dezinfeksiya edilməlidir. Dezinfeksiya işləri həyata keçirilərkən səthlərdə və məkanda istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələrin təlimatına uyğun olaraq tətbiqinə riayət edilməlidir. Belə ki, dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilmiş yararlılıq müddəti və istifadə qaydası mütləq nəzərə alınmalıdır. Dezinfeksiya işlərinin aparıldığı mühit mütləq havalandırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti