...

Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır (FOTO)

İqtisadiyyat Materials 18 Avqust 2020 18:41 (UTC +04:00)
Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə torpaqlarında salınmış aqrobağların monitorinqi aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Vüqar Kərimov cənub regionunun Lənkəran, Cəlilabad, Astara rayonlarında meşə fondunun 185 hektar açıq sahəsində salınmış aqrobağlara baxış keçirib, görülmüş işlərlə tanış olub.

Nazir müavininin iştirakı ilə keçirilən monitorinqlərin nəticələri göstərib ki, aqrobağların salınmasında bütün aqrotexniki qaydalara və meşə torpaqlarından səmərəli istifadə tələblərinə əməl edilib.

Aqrobağların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti