...

İranda koronavirusdan ölənlərin sayı 21 359 nəfərə çatıb

İqtisadiyyat Materials 29 Avqust 2020 13:42 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 110 nəfər koronavirusdan (COVID -19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 21 359 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 1 905 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 371 816 nəfərə çatıb. Virus daşıyıcılarından 3 791 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, İranda indiyədək 319 847 nəfər koronavirusdan sağalıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, Mazandaran, Gilan, Qum, İsfahan, Rəzəvi Xorasanı, Şərqi Azərbaycan, Kirman, Şimali Xorasan, Simnan, Yəzd, Zəncan və Qəzvin vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,18 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti