...

Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır

İqtisadiyyat Materials 9 Sentyabr 2020 17:02 (UTC +04:00)
Heyvandarlığın yem bazasının genişləndirilməsi üçün yonca sahələri artırılır

Bakı. Samir Əli - Trend:

Bölgələrdə yonca əkini sahələri ilbəil genişləndirilir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, bu il təkcə Biləsuvarda yonca sahəsi 10 min hektara yaxın artırılıb. Bu baxımdan bir çox rayonda toxumçuluq təsərrüfatlarında toxumluq yonca istehsalına ciddi zərurət yaranıb.

Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında heyvandarlığın inkişafının mühüm rolu var. Bunun üçün müasir yem bazasının formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən əvəzsiz yem bitkisi olan yoncanın “AZNİXİ-5”, “262”, “Abşeron”, “Aran”, “Agstafa-1” sortları rayonlaşdırılıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti