...

Azərbaycan, İran və Rusiya elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarını nəzərdən keçirir

İqtisadiyyat Materials 11 Sentyabr 2020 14:15 (UTC +04:00)
Azərbaycan, İran və Rusiya elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarını nəzərdən keçirir

Bakı. Sara Riazi, Nərgiz Sadıxova - Trend:

Yaxın aylarda İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi üzrə layihə işə salınacaq.

Trend-in məlumatına görə, bunu İranın Energetika naziri Rza Ərdəkanian deyib.

Onun sözlərinə görə, İranın elektrik şəbəkəsi hazırda iki marşruta malikdir – Rusiyanın elektrik şəbəkəsinə birləşmək üçün biri Azərbaycan, digəri Gürcüstan ərazisindən keçir.

Nazir vurğulayıb ki, tərəflər arasında razılığa əsasən layihənin reallaşdırılması ilə İranın mühəndis şirkəti məşğul olacaq:

“İran, Rusiya və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi çox vacib və zəruri layihədir”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında verilmiş məlumata görə, üç ölkə elektrik şəbəkələrinin sinxronlaşdırılması ilə bağlı danışıqlar aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti