...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 22 Sentyabr 2020 12:03 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 21-də 41,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 40,32 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti