...

33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - Nazirlik

İqtisadiyyat Materials 24 Noyabr 2020 20:03 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, noyabrın 23-də keçirilən monitorinqlər zamanı Xətai rayonunda “Al market”də, Kənan Lazımlıya, Zamir Alxasova məxsus mağazalarda, Yasamal rayonunda “Araz market”də, Xəqani Hümbətova məxsus şirniyyat mağazasında, Səbail rayonunda “İnsaf market”də, “Nə alsan 1 manat” mağazasında, Binəqədi rayonunda “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Ramin Cəbiyevə məxsus çörək sexində, Nərimanov rayonunda Rafiq Xəlilova, Eldəniz Süleymanova məxsus mağazalarda, Nəsimi rayonunda Nazim Nəbiyevə, Elnur Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Namiq Novruzova, Rasim Quliyevə məxsus mağazalarda, Qaradağ rayonunda Saleh İsmayılova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Sabunçu rayonunda Cahid İsayevə məxsus mağazada, Suraxanı rayonunda Firudin Məmmədova məxsus ərzaq dükanında, Fikrət Həsənova məxsus mağaza və dülgər sexində, Xəzər rayonunda Şahin Hacıyevə məxsus “Tikinti materiallarının satışı” mağazasında, Sumqayıt şəhərində Səidə Babayevaya, Sura Abdullayevaya məxsus mağazalarda, Abşeron rayonunda Məmmədağa Cəbrayılova məxsus tikinti malları mağazasında, Ehtiram Quliyevə məxsus mebel sexində, ümumilikdə 33 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti