...

Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub

İqtisadiyyat Materials 3 Dekabr 2020 19:42 (UTC +04:00)
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub

Bakı. Elçin Mehdiyev – Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr açıqlanıb.

Trend-in məlumatına görə, neft-qaz məhsulları üzrə ixracın 29,5 faizini İtaliyaya, 19,9 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizini Yunanıstana, 4,0 faizini Çinə, 3,9 faizini Hindistana, 3,6 faizini İsrailə, hər biri 3,5 faiz olmaqla Xorvatiya və Gürcüstana, 2,7 faizini Ukraynaya, 2,6 faizini İspaniyaya, 2,0 faizini Almaniyaya, 1,8 faizini Çexiyaya, hər biri 1,6 faiz olmaqla Tunis və İsveçrəyə, 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,9 faiz), Türkiyəyə (19,6 faiz), İsveçrəyə (12,9 faiz), Gürcüstana (7,8 faiz), Çinə (2,6 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (1,8 faiz), İrana (1,6 faiz), Qazaxıstana (1,5 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Türkmənistana (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bu il Azərbaycanın ixrc etdiyi məhsulların ümumi dəyəri 10 milyard 6,8 milyon manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti