...

AQTA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

İqtisadiyyat Materials 9 Dekabr 2020 13:49 (UTC +04:00)
AQTA-da Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Monqolustan dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanla görüşən AQTA-nın sədr müavini Balarəhim Quliyev Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti