...

Dekabrın 18-də Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı başlayacaq (VİDEO)

İqtisadiyyat Materials 11 Dekabr 2020 09:46 (UTC +04:00)
Dekabrın 18-də Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı başlayacaq (VİDEO)

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində 501 mənzilin güzəştlə satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.

Agentlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 22 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcəkdir. Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Hövsan Yaşayış Kompleksində həyata keçirilən əvvəlki satışlar zamanı güzəştli mənzil əldə edən vətəndaşların bir neçəsi öz təəsüratlarını bölüşüb. Hazırlanmış video-çarxı diqqətinizə təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti