...

"ADY Express" ixrac rejimində polipropilen yüklərin nəqlini davam etdirir

İqtisadiyyat Materials 15 Dekabr 2020 11:05 (UTC +04:00)
"ADY Express" ixrac rejimində polipropilen yüklərin nəqlini davam etdirir

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC "SOCAR POLYMER" MMC-nin istehsal etdiyi polipropilen məhsulunu ixrac rejimində Qazaxıstana nəqlini davam etdirir.

Bu barədə Trend-ə "ADY Express" MMC-dən bildiriblər. Yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək, dəmir yolu vasitəsi ilə Rusiyadan keçməklə Qazaxıstana nəql edilir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu 6 günə qət edir. Marşrut boyu daşımanı ADY Express şirkəti həyata keçirir.

2020-ci ilin avqust ayında test rejimində bu yüklərin ilk partiyasının nəqli zamanı, qeyd olunan marşrut effektivliyini göstərmişdir. Uğurla keçən test daşıma, layihənin davamlı olacağına əminlik yaratmışdır. Artıq bu marşrutla ADY Express 1354 ton polipropilen yükünü Qazaxıstana çatdırmağa müvəffəq olub.

Prosses davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti