...

Gələn il sosial müdafiə və sosial təminat üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 21 Dekabr 2020 13:09 (UTC +04:00)
Gələn il sosial müdafiə və sosial təminat üçün ayrılacaq vəsaitin həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda 2021-ci ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üçün ayrılan vəsaitin məbləği məlum olub.

Trend-in məlumatına görə, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üçün 3 692 746 545,0 manat vəsaitin ayrılması nəzərdə tutulur.

Sosial müdafiə üçün 289 724 358,0 manat, sosial təminat üçün 4 818 974,0 manat, sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar üçün 60 000,0, sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər üçün 3 398 143 213,0 manat, dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait isə 1 631 530 950,0 manat təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti