...

Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verilib

İqtisadiyyat Materials 28 Dekabr 2020 16:56 (UTC +04:00)
Bakı şəhərində “Azpetrol”un yeni YDM-i istismara verilib

Bakı. Trend:

28 dekabr 2020-ci il tarixində Bakı şəhərində, Abşeron rayonunun Hökməli dairəsində “Azpetrol” şirkətinin sayca 94-cü YDM-i istismara verilib .

Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarını və müştərilərini təbrik edib.

YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.
Onu da bildiririk ki, yeni yanacaqdoldurma məntəqəsində 30 nəfər daimi işlə təmin edilib.
Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib.

Azpetrol – daim inkişafa doğru!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti