Bakı. Elnur Bağışov - Trend:
İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin 30 texniki və mühəndislik şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.
Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Konstruksiya Mühəndisliyi Təşkilatının (Construction Engineering Organization Ardabil) sədri Məhəmməd Rza Ənvəri deyib.
M.Ənvərinin sözlərinə görə, artıq bununla əlaqədar şirkət nümayəndələrinin bir neçə iclası təşkil olunub. Azərbaycan tərəfi elan etdikdən sonra şirkətlərin mühəndisləri nəzərdə tutulan ərazilərə göndəriləcəklər.
O, əlavə edib ki, Ərdəbil vilayətində fəaliyyət göstərən şirkətlər İranda böyük layihələr icra ediblər.