Bakı. İlhamə İsabalayeva - Trend:
İşğaldan azad edilən ərazilərdə ətraf mühitə dəyən zərərin müəyyənləşdirilməsi işinə beynəlxalq ekspertlərin də cəlbi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, artıq ərazilərdə ilkin qiymətləndirmə işlərinə başlanılıb: "Sözsüz ki, dəymiş ziyan böyükdür. Biz bu qiymətləndirmə prosesinə üzvü olduğumuz beynəlxalq konvensiyalara əsasən, ekspertləri də cəlb etməyi nəzərdə tuturuq".