Bakı. Trend:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fevralın 5-dən Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə qurumdan bildiriblər.
Məlumatda deyilir: "Yanvarın 14-dən 29-dək aparılan video yoxlamaların nəticələrindən sonra alınan nümunələrin karantin fitosanitar müayinəsinin mənfi nəticələrini nəzərə alaraq, Rosselxoznadzor 5 fevral 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə pomidor idxalına icazə verilməsini mümkün hesab etdi".