...

BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb

İqtisadiyyat Materials 1 Mart 2021 12:43 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Türkiyənin daha bir ixrac yükü Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə Çinə istiqamət götürüb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi "ADY Konteyner"dən bildirilib.

Kösəköy stansiyasından yola çıxan konteyner blok qatarının son təyinat məntəqəsi Çinin Sian şəhəridir. Qatar hər biri 40 futluq olmaqla 41 konteynerdən ibarətdir. Yükü isə Türkiyə istehsalı olan elektrik avadanlıqlarıdır.

Qatar BTQ dəmir yolu ilə hərəkət edərək Bakıya çatdıqdan sonra fider gəmisi vasitəsilə Qazaxıstanın Aktau limanına yola salınacaq. Daha sonra isə yolunu dəmir yolu ilə davam etdirəcək.

Bu, qardaş ölkədən dünyanın ən iri iqtisadiyyatlarından biri olan Çinə yola salınan sayca üçüncü ixrac qatarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti