...

Qazaxıstanın "Barys" konteyner gəmisinin Bakıda aşırılması həyata keçirilir (FOTO)

İqtisadiyyat Materials 10 Mart 2021 16:15 (UTC +04:00)
Qazaxıstanın "Barys" konteyner gəmisinin Bakıda aşırılması həyata keçirilir (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Qazaxıstanın "Kazmortransflot" Milli Dəniz Gəmiçiliyi şirkətinə məxsus "Barys" konteyner gəmisi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində Aktau-Bakı marşrutu ilə ilk səyahətini reallaşdırıb. Bu gün səhər saatlarında Bakı Limanına çatan gəmindən konteynerlərin sürətli şəkildə aşırılması işi həyata keçirilir.

Bu barədə Trend-ə Bakı Limanından bildiriblər.

Qeyd edilib ki, bu gəmi vasitəsi ilə ilk səfər çərçivəsində 125 konteyner daşınıb ki, onlardan 123-ü ölkəmizdən tranzit keçməklə dəmir yolları ilə Türkiyə və İtaliyaya daşınacaq, 2 konteyner isə idxal üçün nəzərdə tutulub. Bu konteynerlərin 85 ədədində tomat pastası, digər konteynerlərdə isə qarışıq məhsullar daşınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti