...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 16 Mart 2021 12:45 (UTC +04:00)

Bakı. Zeyni Cəfərov, Orxan Nəbiyev - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 15-də 68,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,04 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 65,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,51 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti