...

Azərbaycanda iş icazəsi ilə işləyən əcnəbilərin sayı açıqlandı

İqtisadiyyat Materials 18 Mart 2021 14:39 (UTC +04:00)
Azərbaycanda iş icazəsi ilə işləyən əcnəbilərin sayı açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

2020-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5287 nəfər olub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onlardan 29,2 faizi tikintidə, 23,2 faizi mədənçıxarma sənayesində, 9,5 faizi emal sənayesində, 6,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,6 faizi təhsil və 20,6 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

2021-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5253,4 min nəfər olmuş, onlardan 4877,3 min nəfərini məşğul əhali təşkil edib.

Cari il yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1691,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 910,8 min nəfər, qeyri-dövlət sektorunda isə 781,0 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 33,8 min nəfər, qeyri neft-qaz sektorunda isə 1658,0 min nəfər çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti