...

Nijni Novqorodun hava limanı Bakıya ilk uçuşun tarixini açıqladı

İqtisadiyyat Materials 18 May 2021 22:24 (UTC +04:00)
Nijni Novqorodun hava limanı Bakıya ilk uçuşun tarixini açıqladı

Bakı. Trend:

Nijni Novqorodun "Striqino" hava limanı Bakıya birbaşa uçuşlara başlayır. Uçuşlar həftədə bir dəfə həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə hava limanının mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, ilk birbaşa uçuş mayın 19-na nəzərdə tutulub. Təyyarə Nijni Novqoroddan yerli vaxtla saat 23:40-da havaya qalxacaq və Bakı vaxtı ilə 03:25-də Azərbaycanda eniş edəcək.

Bildirilir ki, uçuşları "Nordwind" aviaşirkəti həyata keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti