...

Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib - Nazir

İqtisadiyyat Materials 12 İyul 2021 12:56 (UTC +04:00)
Bu il sənaye zonaları 268 milyon manatlıq qeyri-neft ixracı həyata keçirib - Nazir

Bakı. Trend:

Qeyri-neft sektorunun inkişafında əlverişli mexanizm olan sənaye zonalarında bu ilin I yarısında 824 milyon manatlıq - ötən ilin eyni dövrü ilə müqayisədə 38% çox məhsul istehsal edilib, 268 milyon manatlıq ixrac həyata keçirilib.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında bildirib.

Onun sözlərinə görə, ümumilikdə, indiyə qədər sənaye zonalarında 4,2 milyard manatlıq məhsul istehsal olunub ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti