...

Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər

İqtisadiyyat Materials 19 Oktyabr 2021 14:56 (UTC +04:00)
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər

Bakı. Trend:

Macarıstan şirkətləri Macarıstan İxracın Təşviqi Agentliyi ilə birlikdə 20-22 oktyabr 2021-ci il tarixlərində Bakı Sərgi Mərkəzində keçiriləcək 1-ci Azərbaycan Beynəlxalq “Qarabağın bərpası, yenidən qurulması və inkişafı” sərgisində iştirak edəcəklər.

Trend-in məlumatına görə, Macarıstan şirkətləri Macarıstan stendində Azərbaycanın azad edilmiş ərazilərində tikinti və yenidənqurma layihələri üçün tikinti sənayesi və digər sahələrdə öz texnologiyalarını və həllərini təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti