...

Dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb

İqtisadiyyat Materials 1 Noyabr 2021 12:09 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət rüsumlarının dəyişdirilməsinin səbəbi açıqlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, bu gün Azərbaycanda tətbiq olunan bir çox dövlət rüsumlarının məbləği maya dəyərindən aşağıdır.

O qeyd edib ki, bir çox dövlət rüsumları 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib. Nazir müavini bildirib ki, bu müddət ərzində baş verən infilyasiya dövlət rüsumunun məbləğinin maya dəyərindən aşağı düşməsinə səbəb olub.

Qeyd edək ki, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən bəzi dövlət rüsumlarının məbləği dəyişdirilir və yeni dövlət rüsumları müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti