...

DSMF-nin gələn il üzrə büdcə layihəsi üçüncü oxunuşda qəbul edilib

İqtisadiyyat Materials 3 Dekabr 2021 11:32 (UTC +04:00)
DSMF-nin gələn il üzrə büdcə layihəsi üçüncü oxunuşda qəbul edilib

Bakı. Elçin Mehdiyev - Trend:

"Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsinin gəlirləri 5 milyard 306 milyon 770 072 manat, xərcləri 5 milyard 306 milyon 770 072 manat məbləğində müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti