...

Türkiyə parlamenti 2022-ci il dövlət büdcəsini təsdiqləyib

İqtisadiyyat Materials 18 Dekabr 2021 22:51 (UTC +04:00)
Türkiyə parlamenti 2022-ci il dövlət büdcəsini təsdiqləyib

Bakı. Trend:

Türkiyə parlamenti 12 gün davam edən müzakirələrdən sonra hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) təqdim etdiyi 2022-ci il maliyyə dövrü üçün dövlət büdcəsini təsdiqləyib.

Trend xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop büdcənin 327 lehinə, 197 əleyhinə səslə qəbul edildiyini bildirib.

Beləliklə, büdcə xərcləri 1,75 trilyon TL (104,9 milyard dollar), büdcə gəlirləri isə 1,472 trilyon lirə (88,2 milyard dollar) səviyyəsində proqnozlaşdırıb. Proqnoza görə, gələn il büdcə kəsiri 278 milyard TL olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti