...

Şəkidə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

İqtisadiyyat Materials 30 Dekabr 2021 13:00 (UTC +04:00)
Şəkidə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb

Bakı. Çingiz Səfərli - Trend:

Şəkidə qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentlik müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhər ərazisində keçirdiyi reyd zamanı 4 məntəqədə baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmədən, qanunsuz olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsiminin və satışının həyata keçirildiyi müəyyən olunub.

Aşkar edilmiş faktlarla bağlı Seyfəddinov Rafiq Vaqif oğlu, Məmmədov Rəhim Ələsgər oğlu, Hüseynov Bəhram Qurban oğlu, Hüseynov Eldəniz Yaqub oğlu barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti