...

Qazaxıstanda bankların və fond birjasının işi müvəqqəti dayandırılıb

İqtisadiyyat Materials 6 Yanvar 2022 08:58 (UTC +04:00)
Qazaxıstanda bankların və fond birjasının işi müvəqqəti dayandırılıb

Bakı. Trend:

Qazaxıstanda milli bankdan başqa bütün bankların, eləcə də fond birjasının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Trend xəbər verir ki, bunu Milli Bankın mətbuat katibi Oljas Ramazanov "Khabar 24" telekanalının efirində deyib.

Onun sözlərinə görə, dövlət başçısının fərmanına əsasən, əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Qazaxıstan Respublikasının bütün regionlarında fövqəladə vəziyyət rejimi tətbiq edilib: "Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi və Qazaxıstan Milli Bankı, hüquq-mühafizə orqanları tərəfindən antiterror əməliyyatlarının aparılması və internetdə müvəqqəti fasilələri nəzərə almaqla, habelə maliyyə institutlarının işçilərinin və maliyyə xidmətləri istehlakçılarının həyat və sağlamlığının qorunması üçün bütün maliyyə institutlarının fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirir. Agentlik və Milli Bank vətəndaşları və KİV-ləri yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırır".

Ramazanov əlavə edib ki, Qazaxıstanda bütün maliyyə təşkilatlarının işi hələlik yalnız yanvarın 6-da dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti