...

Ədliyyə Nazirliyinin mobil notariat tətbiqinin 200 min istifadəçisi var

İqtisadiyyat Materials 9 Fevral 2022 11:50 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mobil notariat tətbiqinin 200 min istifadəçisi var

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyi mobil notariat tədbiqini 2019-cu ildə istifadəyə verib və video yazı üzərindən vətəndaş məlumatlarının təsdiqini həyata keçirir. Bu gün bir çox dövlət qurumlarında da tətbiq edilən mobil tətbiqlərdən ən populyarı məhz budur.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə Ədliyə Nazirliyi və PAŞA Bank tərəfdaşlığı ilə notarius vasitəsilə vətəndaşın eyniləşdirilməsi sisteminin onlayn bankda tətbiqi layihəsinin təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu gün mobil notariat tətbiqinin 200 min istifadəçisi var.

"Bu gün PAŞA Bankla aramızda aparılan əməkdaşlıq bank müştərilərinin işini asanlaşdıracaq. Belə ki, sistem evindən çıxmadan vətəndaşdan notarial qaydada tələb edilən sənədləri və məlumatları videogörüntü vasitəsilə qəbul edir. Nəticədə vətəndaşlar nəinki notarial qaydada zəruri sənədlərdən, eləcə də bank xidmətlərindən rahat istifadə edə biləcəklər", - deyə A.Səmədzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti