...

FAO və Aİ Azərbaycanda aqroturizmin inkişafını dəstəkləyir - Nazir

İqtisadiyyat Materials 17 Fevral 2022 11:27 (UTC +04:00)
FAO və Aİ Azərbaycanda aqroturizmin inkişafını dəstəkləyir - Nazir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Qax, Şəki, İsmayıllı, Balakən, Lənkəran və digər rayonlarda müasir tələblərə cavab verən aqroekoturizm obyektləri fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimovun “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm Sisteminin yaradılması” mövzusunda seminarda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, ölkəmizdə kənd turizminə maraq çox böyükdür:

"Bu potensialın aqrar sahə ilə əlaqələndirilməsi regionlarımızda turizmin inkişafına əlavə təkan verəcək, rayon və kəndlərimizin turizm potensialının üzə çıxarılması üçün yeni imkanlar yaradacaqdır.

Kənd Təsərrüfatı Nazirliyi ölkədə aqroekoturizmin inkişafı məqsədilə yerli və beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir. Belə layihələrdən biri də Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinninq layihəsidir. Bu istiqamətdə Avropa İttifaqının göstərdiyi dəstək ümumi işimizə öz töhfəsini verəcək.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə üzrə də respublikanın şimal-qərb regionlarında aqroturizmin inkişafı istiqamətində mühüm işlər görülməkdədir. Hesab edirik ki, kənd yerlərində aqroturizm sektorunun inkişafı üzrə ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsi istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıqlar daha da inkişaf etdirilə bilər", - İ.Kərimov deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti