Bakı. Trend:
Strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflər hazırlanacaq.
Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" Sərəncamda əksini tapıb.
Sənədə əsasən, Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə qlobal ərzaq bazarındakı vəziyyəti nəzərə almaqla strateji məhsullar üzrə ehtiyatlanmaya dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.