...

Bank VTB (Azərbaycan)-ın həm bölmələrində, həm də distant kanallarda bütün hesablar aktivdir və müştəri vəsaitləri əlçatandır (ÖZƏL)

İqtisadiyyat Materials 25 Fevral 2022 14:33 (UTC +04:00)

Bakı. Sədrəddin Ağcayev - Trend:

Bank VTB (Azərbaycan) hazırda yüksək likvidlik və kapital səviyyəsini saxlamaqla maliyyə xidmətlərinin göstərilməsini davam etdirir. Qəbul edilən məhdudiyyətlər müştərilərin vəsaitlərinin qorunması və əlçatanlığına təsir göstərmir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq VTB (Azərbaycan)dan bildiriblər.

“Həm bankın bölmələrində, həm də distant kanallarda bütün hesablar aktivdir və müştəri vəsaitləri əlçatandır. Bu vəsaitləri əvvəlki kimi Azərbaycan ərazisində bütün əməliyyatları milli valyuta ilə aparmaq üçün istifadə etmək olar. Bank müştərilər qarşısında öhdəliklərini yerinə yetirir. Nağd vəsaitlərin çıxarılması bütün ölkə ərazisində bankomatlarda tərəfdaş banklarda mümkündür”, - deyə bankdan bildiriblər.

“Bank VTB (Azərbaycan) ödəniş kartları xaricdə işləməyi davam etdirir və siz vəsaitləri istənilən an nağdlaşdıra bilərsiniz. Hüquqi şəxs olan müştərilərə dollar və avro ilə hər hansı əməliyyat və hesablaşmalardan müvəqqəti çəkinməyi tövsiyə edirik. Bank yaxın gələcəkdə müştərilərinə alternativ həllər təqdim edəcək”, - VTB-nin Azərbaycan nümayəndəliyindən əlavə ediblər.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: agdzhaev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti