...

ABŞ Rusiyadan neft və qaz idxalını dayandırır

İqtisadiyyat Materials 8 Mart 2022 20:32 (UTC +04:00)
ABŞ Rusiyadan neft və qaz idxalını dayandırır

Bakı. Trend:

ABŞ Rusiyadan neft və qaz idxalını dayandırır.

Trend-in məlumatına görə, bunu Ağ Evdə çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

"Bu gün mən bəyan edirəm ki, ABŞ Rusiya iqtisadiyyatının əsas arteriyasını hədəfə alıb. Biz Rusiyadan bütün neft, qaz və enerji idxalına qadağa qoyuruq. Bu o deməkdir ki, Rusiya nefti artıq ABŞ limanlarına daxil ola bilməyəcək. Bu, Konqresdə hər iki partiyanın və inanıram ki, ölkədə dəstəyi olan bir addımdır. Biz bu qərarı dünyadakı, xüsusən də Avropadakı müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx məsləhətləşmələrdən sonra qəbul etdik", - deyə C.Bayden bildirib.

Onun sözlərinə görə, Rusiya neft və qazının idxalını qadağan etmək qərarı ABŞ-ın özünə də zərbə vuracaq, lakin Vaşinqton bu addımı atmalı olduğuna inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti