Bakı. Orxan Nəbiyev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 8-də 127,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,87 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 125,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,76 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 95,18 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,03 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 129,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 8,12 dollar/barel azdır.