...

Azərbaycanın xalis maliyyə aktivləri artıb

İqtisadiyyat Materials 17 Mart 2022 10:47 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2021-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 2,563 mlrd. ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa investisiyalar (77 mln. dollar), portfel investisiyaları (457,5 mln. dollar) və digər investisiyalar (2,029 mlrd. dollar) hesabına formalaşıb.

Trend Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki, hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 2,489 mlrd. dollar azalıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4,795 mlrd. dollar), neft bonusu (457 mln. dollar), portfel investisiyaları (-61,5 mln. dollar) və digər investisiyalar (-719,9 mln. dollar) hesabına formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti