...

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Azərbaycanda səfərdədir

İqtisadiyyat Materials 5 May 2022 16:16 (UTC +04:00)
bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Azərbaycanda səfərdədir

Bakı. Trend:

bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse prezidenti Qordon Birrel Azərbaycanda səfərdədir.

Şirkətdən Trend-ə bildirilib ki, bu, Birrelin Bakıya mütəmadi etdiyi səfərlərdən biridir və əvvəlcədən planlaşdırılmış işgüzar səfərdir.

Qordonun səfər proqramında bp-nin regional rəhbərliyi ilə görüşlər və şirkətin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırki vəziyyəti və gələcək planlarla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində cənab Birrel həmçinin bu gün SOCAR-ın ofisinə baş çəkərək SOCAR-ın rəhbərliyi ilə də görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti