...

"MÜSİAD Azərbaycan" ilə Körfəz Ticarət Palatası Azərbaycanda və Türkiyədə birgə həyata keçirilə biləcək layihələri müzakirə edib

İqtisadiyyat Materials 19 May 2022 19:23 (UTC +04:00)
"MÜSİAD Azərbaycan" ilə Körfəz Ticarət Palatası Azərbaycanda və Türkiyədə birgə həyata keçirilə biləcək layihələri müzakirə edib

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) və Türkiyənin Körfəz Ticarət palatası arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə tərəflərin Azərbaycanda və eləcə də, Türkiyədə birgə həyata keçirilə biləcək investisiyalar və birgə layihələrin prespektivi müzakirə olunub.

Görüş MÜSİAD Azərbaycan prezidenti Rəşad Cabirli, Körfəz Ticarət Palatasının sədri Güngör Ayhan və palatanın İdarə Heyətinin sədri Rəcəb Öztürk arasında keçirilib.

Eyni zamanda Kocaeli şəhərinin Ticarət Müdiri Veysi Uzunkaya, Türkiyə Ticarət Nazirliyi İstehlakçıların Hüquqlarının Müdafiəsi və Bazar Nəzarəti Baş müdir müavini Oğuz Şahin və digər iş adamları heyəti MÜSİAD Azərbaycanın ofisini ziyarət ediblər.

Rəşad Cabirli və İdarə Heyətinin üzvlərinin iştirak etdiyi görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə edilib, birgə investisiyalar və sektor iş adamları ilə görüş layihələri üzrə yol xəritəsi müzakirə edilib.

Qeyd edək ki, mayın 18-də MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Bakıda iş adamlarının görüşü keçirilib. Görüşdə Türkiyənin Kocaeli bölgəsinin Körfəz Ticarət Palatasından 30 nəfərlik nümayəndə heyəti, eyni zamanda MÜSİAD Azərbaycan üzvləri və 150-dən çox iş adamı iştirak edib.

İş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti