...

Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar (FOTO)

İqtisadiyyat Materials 24 May 2022 12:23 (UTC +04:00)
Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri yerli KOB-lara dəstək mexanizmləri ilə tanış olublar (FOTO)

Bakı. Trend:

Azərbaycanın mikro, kiçik və orta sahibkarlıq sahəsində təcrübəsinin paylaşılması istiqamətində görüşlər və tədbirlər davam etdirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə verilən məlumata görə, Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Gürcüstan ofisinin nümayəndələri ölkəmizə səfər çərçivəsində KOB-lara göstərilən dəstək və xidmətlərlə yerində tanış olublar.

Xaçmaz KOB evində olan JICA-nın nümayəndələrinə məlumat verilib ki, KOB evləri KOBİA-nın strukturuna daxildir. Hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. “Xaçmaz KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 250-dək xidmət göstərilir. 2021-ci ildə “Xaçmaz KOB evi”nə 27 mindən çox biznes subyekti və potensial sahibkar tərəfindən müraciət edilib. Sahibkarların xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Yaxın vaxtlarda “Bakı KOB evi” də sahibkarların istifadəsinə veriləcəkdir. “Xaçmaz KOB evi”ndə sahibkarlara biznes təlimlər keçən və məsləhət xidmətləri göstərən KOB İnkişaf Mərkəzi (KOBİM) və sahibkarlara yerində xidməti təmin edən KOB dostu ofisi də fəaliyyət göstərir. Hazırda KOBİM-lər ölkənin 21, KOB dostu şəbəkəsi isə 33 şəhər və rayonunu əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti